Azərbaycanda benzin istehsalı artıb

Azərbaycanda benzin istehsalı artıb
  17 İyul 2017    Oxunub:1449
Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd. 330,4 mln. manat olmaqla əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7,3% azalıb.
Dövlət Statistika KomitəsindənAzVision.az-a verilən məlumata görə, neft məhsullarından ağ neftin istehsalı 7,7% (297,5 min ton), yanacaq mazutunun istehsalı 38% (241,3 min ton), dizel yanacağının istehsalı 16,4% (958,7 min ton) azalıb. Hesabat dövründə 618 min ton avtomobil benzini istehsal olunub ki, bu da 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 8% çoxdur.

Eyni zamanda bu ilin birinci yarısında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3% artaraq 23 mlrd. 526,7 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2 mln. 422,9 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 86,3%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 3,3%-i isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 21 mlrd. 526,8 mln. manatlıq vəsait qalıb.

AzVision.az



Teqlər: Əhali   gəlir   benzin  





Xəbər lenti