Bakı metrosunda qorxulu hadisə

Bakı metrosunda qorxulu hadisə
  17 İyul 2017    Oxunub:2060
Bakı metrosunun “Ulduz” stansiyasında 25 yaşlı gənc özünü stansiya yoluna atıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, hadisə bu gün saat 15:50 radələrində baş verib.

Onun sözlərinə görə, 1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu özünü relslərin üzərinə atıb:

"Maşinistin sayıqlığı, operativliyi nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Hadisə nəticəsində vətəndaş xəsarət almayıb. Tamerlan Ələsgərli polisə təhvil verilib. Qatarlarların hərəkət intervalında hər hansısa gecikmə olmayıb”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Metro   Qatar  





Xəbər lenti