"Rus dilinə Ermənistanda rəsmi status verilsin" - Dumadan təklif

"Rus dilinə Ermənistanda rəsmi status verilsin" - Dumadan təklif
  17 İyul 2017    Oxunub:1506
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan hakimiyyətinə respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun verilməsini təklif edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Volodin qeyd edib ki, bu, milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcək.

"Yalnız onu deyə bilərəm ki, rus dilini rəsmi dil olaraq qanunvericilikdə təsbit edin, o zaman qanun norması avtomatik Ermənistan Respublikasını da əhatə edəcək", - Volodin Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşü zamanı bildirib.

Qeyd edək ki, 2017-ci il iyunun 1-dən Rusiyada xarici sürücülük vəsiqələri ilə sürücülərə ölkə ərazisində fəaliyyət göstərməyi qadağan edən qanun qüvvəyə minib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti