İmişlidə 400-dən çox sakin pulsuz müayinə edilib

İmişlidə 400-dən çox sakin pulsuz müayinə edilib
  17 İyul 2017    Oxunub:1527
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə İmişli rayonunda məskunlaşan məcburi köçkünlər arasında göz xəstəlikləri üzrə tibbi müayinələr keçirilib.
AzVision.az xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının 10 nəfərlik həkim briqadası göz xəstəliklərinin diaqnostikası məqsədilə iyulun 12-dən 15-dək İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsində yaşayan məcburi köçkünlərin ödənişsiz olaraq müayinə və müayinə nəticələrinə görə laborator yoxlaması və əməliyyat prosedurunu aparıb.

Layihə çərçivəsində İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsi, o cümlədən ətraf kəndlər üzrə 400-dən çox sakin qlaukoma, katarakta, çəpgözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, gözdibi patologiyası və digər müayinələrdən keçib.

Müayinə olunanlardan 7-si səyyar klinikada cərrahi əməliyyat edilib. Müalicəsi qısa müddətdə mümkün olmayan xəstələr isə müalicələrinin təşkili məqsədi ilə respublikanın tibb mərkəzlərinə dəvət olunub.

RİİB-in dəstəyi ilə tibbi müayinələr digər regionlarda da təşkil ediləcək.

AzVision.az


Teqlər: RİİB  





Xəbər lenti