“Putin Azərbaycana silah satışına görə cavab verməlidir” – Sarkisyan

10:12   17 İyul 2017    Oxunub: 13161

Ermənistan prezidenti Serj Sarkisyan "Ermənistan" televiziyasının "R-Təkamül" proqramına müsahibəsində Rusiya silahının Azərbaycana satılmasını şərh edərək bəyan edib ki, hələlik Rusiyanı ittiham etmək tezdir.

“Bu Ermənistan-Rusiya dostluğu, Ermənistan-Rusiya hərbi əməkdaşlığı, ümumilikdə bizim əlaqələrimizdə ən ağrılı problemdir. Bu məsələ çox şeyə kölgə salır. Lakin digər tərəfdən mövcud şərait anlayışı var. Ola bilsin ki, bu vəziyyət bizim üçün yolverilməzdir, amma onlar üçün yolveriləndir. Hələlik ciddi nəsə baş verməyib. Əgər nə vaxtsa bunun ciddi nəticələri olsa, onda ittiham etmək olar. Əgər bunun ciddi nəticələri olmasa, onda biz bunu Rusiyanın regionda vəziyyəti sabitləşdirmək üçün apardığı uzunmüddətli siyasət kimi dəyərləndirməliyik”.

Sarkisyan eyni zamanda qeyd edib ki, heç vaxt Moskvanın rəsmi cavabını eşitməyib və hesab edir ki, Rusiya Ermənistana cavab verməlidir: “Əgər Rusiya siyasətçisi və ya analitik və ya hər hansı bir vəzifəli şəxs nəsə deyirsə, bu Rusiya tərəfinin cavabı olmasına anlamına gəlmir. Rusiya tərəfindən prezident, XİN rəhbəri bunu cavablandırmalıdır. Rəsmi cavab olmalıdır”.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Sarkisyan   Putin   Ermənistan    




Rubrikanın digər yazıları