Rusiya Əliyev və Sarkisyanın görüşünü təşkil edir – XİN açıqladı

Rusiya Əliyev və Sarkisyanın görüşünü təşkil edir – XİN açıqladı
  17 İyul 2017    Oxunub:6521
Rusiya bu ilin sonuna qədər Ermənistan və Azərbaycan prezidentləri arasında görüş təşkil etməyə çalışır.
AzVision.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə Rusiya XİN-indəki yüksək rütbəli mənbə deyib.

“Moskva bu məsələdə əsas vasitəçi olub. Minsk qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla nəticələnib”, - mənbə nəşrə bildirib.

Rusiya XİN-dəki yüksək rütbəli mənbə qeyd edib ki, Fransa Bakı və İrəvanı danışıqlar masası arxasına oturtmaq istəyib, lakin bu səylər heç bir fayda verməyib: “Bununla belə dialoqun dəstəklənməsi prinsipial əhəmiyyətə malikdir. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə alovlanmadı. Lakin tərəflərin məqsədləri və baxışları fərqlidir”.

Qeyd edək ki, iyulun 11-i Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı və erməni həmkarı Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşlər keçirib. Məsləhətləşmələr Avstriyanın Mauerbah şəhərində ATƏT ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü zamanı baş tutub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Rusiya   Azərbaycan   Ermənistan  





Xəbər lenti