“Əliyevlə görüşə dair ilkin razılıq əldə olunub” – Sarkisyan

“Əliyevlə görüşə dair ilkin razılıq əldə olunub” – Sarkisyan
  17 İyul 2017    Oxunub:6724
Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, bir neçə həftə əvvəl ATƏT-in Minsk qrupu həmsədrlərinin səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüş haqqında ilkin razılıq əldə olunub.
AzVision.az xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan "Ermənistan" televiziyasının "R-Təkamül" proqramına müsahibəsində bildirib.

“Onlar yüksək səviyyədə görüşün təşkili ilə bağlı bizim mövqeyimizlə maraqlandılar. Biz belə görüşlərə nəsə xüsusi ümid bəsləmədiyimiz cavabını verdik. Çünki onlar müəyyən hazırlıq işlərini nəzərdə tutur. Bununla belə, biz hər hansı görüşə qarşı deyilik və ona həmişə hazırıq. Görüşdən gözləntilər böyük olmasa da, görüş payızda baş tuta bilər"- deyə Sarkisyan bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Sarkisyan   Azərbaycan   İlham-Əliyev   Ermənistan  





Xəbər lenti