“54 il keçdi, hələ də bizi ələ salırlar” - Ərdoğan (FOTOLAR)

“54 il keçdi, hələ də bizi ələ salırlar” - Ərdoğan (FOTOLAR)
  16 İyul 2017    Oxunub:3953
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı şəhid olan vətəndaşların adını əbədiləşdirmək məqsədilə Ankaranın Beştəpə bölgəsində Şəhidlər abidəsi ucaldılıb.
AzVision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sübh namazından sonra abidənin açılışında iştirak edib.

“15 iyulu nə biz unudacağıq, nə də bizdən sonra gələn nəsillər. Dastanların tək bir qəhrəmanı olur, 15 iyulunun isə milyonlarla qəhrəmanı var. O gün millətimizlə əl-ələ verib, FETÖ-çü xainlərə meydan oxuduğumuz üçün bu gün burdayıq”- Türkiyə prezidenti çıxışında deyib.

Ərdoğan Qərb ölkələrinin Türkiyəyə qarşı münasibətini tənqid edib. Bildirib ki, Avropa Birliyi 54 ildir bizi ələ salır, verdikləri sözü tutmurlar.

Prezident, həmçinin Türkiyədə fövqəladə vəziyyət rejiminin uzadılacağını bəyan edib.







AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   FETÖ  





Xəbər lenti