XİN-dən Qarabağa gedən avropalı deputata sərt cavab
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Y. Ştetinanın ona qarşı açılmış cinayət işinə verdiyi şərhlərlə əlaqədar bildirib.
H. Hacıyev qeyd edib ki, Ştetina mənəvi çərçivələrdən kənar öz fəaliyyəti ilə rejimin təbliğatçısı qismində çıxış edir: “Törətdiyi bu kimi analoji əməllərə görə Ştetina üçün vətəndaşı olduğu Çexiyanın cinayət məcəlləsinə uyğun olaraq 10-18 ilə qədər cinayət məsuliyyəti nəzərdə tutulub”.
H. Hacıyev əlavə edib ki, Azərbaycan milli və beynəlxalq hüquqi, o cümlədən ikitərəfli, dövlətlərarası beynəlxalq hüquqi vasitələrdən istifadə edərək Y. Ştetinaya, Frank Engel kimi deputatlara qarşı zəruri hüquqi təqib addımlarını bundan sonra da davam etdirəcək.
AzVision.az
Teqlər: XİN Avropa-Parlamenti