Oğurluq edən 5 nəfər tutulub

Oğurluq edən 5 nəfər tutulub
  15 İyul 2017    Oxunub:1860
Bakıda və Sumqayıtda oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.
AzVision.az-ın DİN-in saytına istinadən məlumatına görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də Ağasəf Mustafazadəyə məxsus avtomobildən 1411 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Atif Əzizov və Samir Paşayev tutulublar.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki mənzillərdən birindən 70 manat pul və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini Şamil Qarayev tutulub.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 27-də rayon ərazisindəki apteklərdən birindən 118 manat pul oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Əlisahib Bədəlov tutulub.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Məzahir Alıyevin ətrafında Sumqayıt ŞPİ 1-ciPB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun aprelin 27-dən iyulun 10-dək olan müddətdə şəhər ərazisindəki daha 7 evdən pul, qızıl əşyalar, mobil telefon, noutbuk, sənəd oğurlaması da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti