Gəncədə “15 temmuz dastanı” adlı anım mərasimi keçirilib - Fotolar

Gəncədə “15 temmuz dastanı” adlı anım mərasimi keçirilib - Fotolar
  15 İyul 2017    Oxunub:2440
2016-cı il iyulun 15-də Türkiyə Respublikasında baş verən dövlət çevrilişi cəhdinin birinci ildönümü ilə əlaqədar Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunda “15 temmuz dastanı” adlı anım mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, mərasim Azərbaycan və Türkiyənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, qardaş ölkələrimizin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib. Türkiyənin Gəncədəki Baş Konsul Orxan İşık çıxış edərək, 15 iyul dövlət çevrilişi cəhdinin Türkiyə Respublikasının tarixində çətin sınaq olduğunu, həmin hadisələr zamanı türk xalqının dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirdiyini bildirib.



Baş Konsul ölkəsində 15 iyulda baş vermiş dövlət çevrilişi cəhdi zamanı Azərbaycan dövləti və xalqının Türkiyənin yanında olduğunu, ölkə başçısı İlham Əliyevin 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 15 iyul hadisələri zamanı 250-dən artıq insanın həlak olduğunu xatırladan Orxan İşık dövlət çevrilişi cəhdinin ağır nəticələrindən danışıb.
AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev Azərbaycan xalqının 15 iyul hadisələri zamanı qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan dövləti o çətin günlərdə birmənalı şəkildə Türkiyənin konstitusion quruluşunu, xalqın iradəsi ilə formalaşmış hakimiyyəti dəstəklədi, bu hakimiyyətə qarşı xain cəhdləri qətiyyətlə pislədi.Ulu öndərlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyev xalqlarımızın taleyinin bir olduğunu, bundan sonra da bir olacağını birmənalı şəkildə bəyan ediblər. Ulu öndərlərimizin müəyyən etdikləri bu yol, bu birlik daimi və əbədidir.



YAP Gəncə şəhər Təşkilatının sədri,millət vəkili Naqif Həmzəyev bildirib ki, Azərbaycan xalqı ötən il iyulun 15-dəTürkiyədə baş verən hadisələrin nə olduğunu çox yaxşı bilir, eyni tarixi hadisələri xalqımız da yaşayıb.Ölkəmizdə də xain qüvvələrin dövlətə və dövlətçiliyə qarşı qiyam qaldırdıqlarını, demokratik yolla seçilmiş hakimiyyəti devirməyə cəhd göstərdikləri dövrdə Azərbaycanda yaşanan hadisələr, ötən il Türkiyədə baş verən hadisələr bir daha sübut etdi ki, heç kim xalqın iradəsinə qalib gələ bilməz. Xalqın iradəsi ilə formalaşmış hakimiyyət hər cür iradədən üstündür. O ağır günlərdə Türkiyə xalqı Vətən, dövlətçilik, demokratiya uğrunda mübarizə apardı və qələbə çaldı. Zəfər gününüz mübarək!



AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov dövlət çevrilişinə cəhd zamanı iyulun 15-də yaşından asılı olmayaraq vətəndaşların küçə və meydanlara axışaraq Vətənə, millətə, demokratiyaya sadiqliyini əsl qəhrəmanlıq nümunəsi adlandırıb.
Tədbir iştirakçıları 15 iyul hadisələri zamanı şəhid olanların ailələrinə və bütün türk xalqına bir daha başsağlığı verib,Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısını alan, demokratiyaya, dövlətçiliyə sadiq qalan insanlarla həmrəy olduğunu bildirib. Mətasimdə 15 İyul – Demokratiya və Milli Birlik Gününə, Azərbaycan-Türkiyə dostluğuna həsr olunan videoçarxlar nümayiş olunub, 15 iyul hadisələrindən bəhs edən “Uzun gecənin qısa tarixi” adlı kitabın təqdimatı keçirilib.



AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti