İran metrosunda silahlı hücum - 15 nəfər yaralanıb

İran metrosunda silahlı hücum - 15 nəfər yaralanıb
  15 İyul 2017    Oxunub:2245
İranın Rey şəhərində metroda din xadiminə hücum olub.
AzVision.az TASS-a istinadən xəbər verir ki, iyul ayının 15-də səhər saatlarında metro stansiyasının içərisində naməlum şəxs din xadiminə bıçaqla hücum edib. Yaxınlıqda olan sərnişinlər insidentin qarşısını almağa çalışıblar.

Polis hücum edən şəxsi zərərsizləşdirmək üçün atəş açmağa məcbur olub. İnsident nəticəsində azı 15 nəfər bıçaq və güllə yarası alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   Metro  





Xəbər lenti