Ölümdən son anda xilas edildi

Ölümdən son anda xilas edildi
  15 İyul 2017    Oxunub:1468
Dənizdə batan şəxs xilas olunub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar. Əməliyyat saat 09:31-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Xəzər  





Xəbər lenti