Rusiyanın Ankaradakı səfiri bu gündən işə başladı

Rusiyanın Ankaradakı səfiri bu gündən işə başladı
  15 İyul 2017    Oxunub:1174
Rusiyanın Türkiyədəki yeni səfiri Aleksey Yerxov Ankaraya gedib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, səfir Türkiyə parlamentində çevriliş cəhdinin ildönümü ilə bağlı xüsusi iclasında iştirak edəcək.

Qeyd edək ki, bu ilin iyunun 19-da Rusiya prezidenti Vladimir Putin Aleksey Yerxovu bu ölkənin Türkiyədəki səfiri vəzifəsinə təyin edib.

Bildirilib ki, Aleksey Yerxov Rusiya XİN-də böhran mərkəzinin direktoru olub. Daha əvvəl o, bir neçə il Rusiyanın İstanbuldakı baş konsulu olub.

Xatırladaq ki, ötən ilin dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Türkiyə   Səfir   Ankara  





Xəbər lenti