Tarif Şurasının bəzi qərarları ləğv edilib

Tarif Şurasının bəzi qərarları ləğv edilib
  15 İyul 2017    Oxunub:16602
Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Tarif Şurasının Katibliyindən AzVision.az-a verilən məlumata görə, iclasda Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli qərarına əsasən, dəmir yolları ilə ölkədaxili və beynəlxalq yük və sərnişin daşıma xidmətlərinin tariflərinin müəyyən edilməsinin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətlərinə aid edildiyi və Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli Qərarına əsasən, dəmir yolları ilə yük və sərnişin daşıma xidmətlərinin, tarifləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarıldığı nəzərə alınaraq, Şuranın bu sahədə olan müvafiq qərarları ləğv edilib.

AzVision.az


Teqlər: Tarif-Şurası  





Xəbər lenti