Erməni yazıçı Türkiyədə həbsxanadan qaçıb - (Yenilənib)
AzVision.az "Hürriyet"ə istinadən xəbər verir ki, Nişanyan ölkədən çıxıb. Onun harada olduğu bilinmir.
Doğan Xəbər Agentliyinin (DHA) əməkdaşına açıqlama verən Nişanyan həbsxanada olmadığını etiraf edib: "Artıq həbsxanada deyilən. Ora qayıtmaq barədə düşünmürəm"
Hazırda harada olması ilə bağlı suala erməni yazar "harada olduğumu özüm də bilmirəm" deyə cavab verib.
Qeyd edək ki, S. Nişanyan 3 il əvvəl 9 maddə üzrə ittiham edilərək 11 il 6 ay müddətinə həbs cəzasında məhkum edilib.
AzVision.az
Teqlər: Türkiyə Erməni-yazar Həbsxana