Yüksək vəzifəli rus hərbçi Ermənistanda ölü tapılıb

Yüksək vəzifəli rus hərbçi Ermənistanda ölü tapılıb
  14 İyul 2017    Oxunub:2616
Ermənistanın Syunik vilayətində Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin yüksək vəzifəli hərbçisi ölüb. AzVision.az xəbər verir ki, bu barədə “News.am” saytına İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, 27 yaşlı hərbçinin meyiti Aqarak şəhərindəki mənzilində tapılıb.

İlkin məlumatlara görə, rus zabit infarktdan ölüb. Bildirilib ki, meyiti tapılan hərbçi “Karçevan” zastavasının rəisi olub.

AzVision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti