"Qarabağ"ın rəqibi bəlli oldu

"Qarabağ"ın rəqibi bəlli oldu
  14 İyul 2017    Oxunub:2175
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
AzVision.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində püşkatma mərasimi keçirilib. "Qarabağ" ilk matçda 5:0 hesabı ilə məğlub etdiyi "Samtredia"nı keçsə, "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

İlk görüşdə Moldova təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, turun ilk matçları iyulun 25-26-sı, cavab görüşləri isə avqustun 1-2-də keçiriləcək.

AzVision.az


Teqlər: "Qarabağ"   ÇL  





Xəbər lenti