Gəncədə uşaq bağçasının açılışı olub - Fotolar

Gəncədə uşaq bağçasının açılışı olub - Fotolar
  14 İyul 2017    Oxunub:8127
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər ictimaiyyətinin nümayəndələri 1 nömrəli uşaq bağçasının açılış mərasimində iştirak ediblər.
AzVision.az xəbər verir ki, açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını tarixi gün münasibəti ilə təbrik edib. Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixinin dönüm nöqtəsi olduğunu deyən Elmar Vəliyev Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Nizami yurduna olan diqqət və qayğısından danışıb. Şəhər rəhbəri xüsusi vurğulayıb ki, yaxın zamanlarda 44 nömrəli uşaq bağçası, 1 saylı tam orta məktəb, 4 saylı internat tipli məktəb, 2 saylı peşə liseyi də təmirdən sonra istifadəyə veriləcək.



Fidan balaların valideyinləri körpələrə yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. 1 nömrəli uşaq bağçasında aparılan əsaslı təmir və yenidənqurma işlərində zəhmətlərinə görə "Alyans" MMC-nin direktoru Pərviz Məmmədov, mühəndisi Tofiq Mustafayev, iş içraçısı Afiq Abbasov Gəncə şəhər İcra Hakimiyyəti başçısının "Fəxri Fərman"ı ilə təltif ediliblər.



Balaca fidanlarla birlikdə rəmzi qırmızı lent kəsildikdən sonra Elmar Vəliyev və mərasim iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar. Bildirək ki, 120 yerlik, 2 korpusdan ibarət uşaq bağçasında altı qrup fəaliyyət göstərir. Birinci korpus 2 mərtəbəli. Digər korpus isə 1 mərtəbəlidir. Uşaq bağçasında sanitar qovşağı, mətbəxt, şahmat, dərzi, tibb, musiqi, rəsm, yataq, soyunub-geyinmə və digər yardımçı otaqlar mövcuddur.

AzVision.az


Teqlər: Gəncə  





Xəbər lenti