Qazaxıstandan ermənilərə növbəti Qarabağ zərbəsi

Qazaxıstandan ermənilərə növbəti Qarabağ zərbəsi
  14 İyul 2017    Oxunub:2782
Dağlıq Qarabağ münaqişəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə heç bir bağlılığı yoxdur və problem beynəlxalq hüquq əsasında danışıqlar yolu ilə həll olunmalıdır.

AzVision.az xəbər verir ki, bunu “Sputnik Armeniya”ya müsahibəsində Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev bəyan edib.
“Qazaxıstanın mövqeyi belədir: Biz Dağlıq Qarabağ münaqişəsini təşkilatla heç bir şəkildə əlaqələndirmirik. Çünki bu, regional münaqişədir və beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır”, - deyə Urazayev vurğulayıb.

Səfir qeyd edib ki, Qazaxıstanın bu məsələdə mövqeyi çoxdan məlumdur. Onun sözlərinə görə, Qazaxıstan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: “Mən yalnız tərəfləri məsələni sülh yolu ilə həllinə çağıra bilərəm”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Qazaxıstan   KTMT   Qarabağ  





Xəbər lenti