Sumqayıtda qaz yoxdur

Sumqayıtda qaz yoxdur
  14 İyul 2017    Oxunub:1022
Bu gün saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə AzVision.az-a “Azəriqaz” İB-dən məlumat verilib. Məlumata görə, fasilə yeni çəkilmiş diametri 250 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

AzVision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti