Sabiq prezident və xanımı həbs olundu

Sabiq prezident və xanımı həbs olundu
  14 İyul 2017    Oxunub:2102
Perunun sabiq prezidenti Olyanta Umala və həyat yoldaşı Nadin Erediya həbs olunub.
AzVision.az “RİA Novostyi”yə istinadən xəbər verir ki, cütlük barədə 18 aylıq həbs qətimkan tədbiri seçilib.

Qərar açıqlanan kimi prezident və xanımı polisin müşayiəti ilə məhkəməyə yollanıb və təslim olub.

İstintaqın məlumatına görə, Umala prezident olduğu vaxtda (2016-cı ilin iyul ayında vəzifədən gedib) Venesuela hökumətindən, həmçinin 2006 və 2011-ci illərdə seçki kampaniyalarında Peru Milliyyətçi Partiyasının maliyyələşdirilməsi üçün "Odebrecht" tikinti şirkəti və OAS firmasından pul almaqda ittiham olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Peru   Həbs  





Xəbər lenti