Deputatlarımız Alxanlıya səfər ediblər

Deputatlarımız Alxanlıya səfər ediblər
  14 İyul 2017    Oxunub:1436
Milli Məclis Sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin başçısı Bahar Muradovanın rəhbərliyi ilə bir qrup deputatımız – təşkilatın vitse-prezidenti Azay Quliyev qurumda nümayəndə heyətimizin üzvləri Kamran Nəbizadə, Elşad Həsənov, Tahir Mirkişili və digər rəsmi şəxslər Füzuli rayonunun Alxanlı kəndinə səfər ediblər.
AzVision.az xəbər verir ki, millət vəkilləri Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində mülki şəxslər – Sahibə Allahverdiyevanın və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həlak olduğu yerə baxış keçirib, kənd sakinləri ilə görüşüblər. Onlar sonra Sahibə Allahverdiyevanın və Zəhra Quliyevanın qəbirlərini ziyarət edərək yas mərasiminə qatılıb, həlak olanların yaxınlarına başsalığı veriblər. Milli Məclisin deputatları sonra Horadiz xəstəxanasında müalicə olunan, erməni təxribatı nəticəsində yaralanmış Sərvinaz Quliyevaya baş çəkiblər.

Deputatlarımız qəsəbədə Ulu öndərin adını daşıyan parka qələrək Heydər Əliyevin heykəlini ziyarət etmiş, burada əhalinin istrahəti üçün yaradılmış şəraitlə tanış olublar.

Millət vəkilləri Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən övladlarının şərəfinə ucadılmış abidəni də ziyarət ediblər. Səfər çərçivəsində əhali ilə aparılan danışıqlarda Milli Məclisin Sədr müavini Bahar Muradova bildirib ki, Ermənistan hərbçilərinin niyyəti cəbhə xətti yaxınlığında yaşayan mülki əhalini qorxutmaq, onları bu ərazilərdən köçürməkdir.

Cocuq Mərcanlıya azərbaycanlıların qayıdışı Ermənistan hərbi-siyasi rəhbərliyini çox narahat edir. Azyaşlı uşağın və yaşlı qadının həyatına son qoymaqla onlar beynəlxalq hüququ, müharibə qaydalarını köbudcasına pozsalar da öz istəklərinə nail ola bilmədilər. Ermənistanın təcavüzkar bir dövlət olduğu göz qarşısındadır. Bu artıq sübut edilib.

Səfər zamanı keçirilən tədbirlərdə digər millət vəkilləri də çıxış edərək hadisə ilə əlaqədar öz fikirlərini bölüşdülər.

AzVision.az


Teqlər: Alxanlı   Deputat  





Xəbər lenti