2973 məzundən 15-i qızıl medala layiq görülüb

2973 məzundən 15-i qızıl medala layiq görülüb
  14 İyul 2017    Oxunub:1054
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri üzrə 2016- 2017-ci tədris ilində tam orta təhsil səviyyəsində qızıl və gümüş medala layiq görülmüş məzunlara medallar təqdim edilib.
AzVision.az-ın məlumatına görə, muxtar respublika rəhbərinin təhsilə göstərdiyi qayğı nəticəsində bu il də məzunlarımızın bir qrupu təltifə layiq görülüb. Belə ki, 2016-2017-ci tədris ilinin yekunlarına görə ümumtəhsil məktəblərini ümumi orta təhsil bazası üzrə bitirən 3720 məzundan 79-u fərqlənmə attestatına, tam ortatəhsil bazası üzrə 2973 məzundan isə 113-ü fərqlənmə attestatına, 6-sı gümüş medala, 15-i qızıl medala layiq görülüblər.

Bildirilib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, son illər məktəbi yüksək qiymətlərlə bitirən məzunlardan 86-sı qızıl, 69-u isə gümüş medala layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda 500-700 bal intervalında nəticə göstəriblər.

AzVision.az


Teqlər: Naxçıvan   Məktəb   Məzun  





Xəbər lenti