Müdafiə naziri: “Ermənistandakı “İsgəndər”ləri məhv edə biləcək silahlarımız var”

Müdafiə naziri: “Ermənistandakı “İsgəndər”ləri məhv edə biləcək silahlarımız var”
  13 İyul 2017    Oxunub:8529
Azərbaycan Silahlı Qüvvələri (SQ) Ermənistanda yerləşdirilən “İsgəndər” raket komplekslərini vura biləcək raket əleyhinə müdafiə sisteminə malikdir.
AzVision.az-ın məlumatına görə, bunu “Ria Novosti” agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

“Müdafiə naziri olaraq bəyan edirəm ki, bizim bu raketləri məhv edə biləcək sistemlərimiz mövcuddur. Bizdə həmin raketlərin sayı 50 dəfə çoxdur. Dediklərimə görə tam məsuliyyət daşıyıram. Siz təssəvür edin, onlar bu raketlərdən istifadə etmək qərarına gəlsələr, hərbi obyektləri hansı vəziyyətə düşəcək.

Bəli “İsgəndər” yaxşı raketdir. Lakin ortada bir neçə sual yaranır. Birincisi, bu raket sisteminin bir neçə növü mövcuddur. İkincisi, həmin “İsgəndər” hansı vəziyyətdədir? Üçüncüsü, bu “İsgəndər”i kim idarə edir? Dördüncüsü, onu tətbiq etməyi bacaracaqlarmı? Biz hərbçi olaraq hər zaman ən pis varinatı nəzərdən keçirirk. Biz də buna hazırıq. Sizə yuxarıda bəhs etdiyim raketlər Rusiyadan alınmayıb. Amma onlar keyifiyyətcə geri qalmır. Onu da deyim ki, həmin silahı modernləşdirmişik, hərbi atışlar keçirmişik. Nəticə əladır. Bu gün biz əminik ki, yaşayış məntəqələrimizi və Silahlı Qüvvələrimizi müdafiə edə biləcəyik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Müdafiə-Naziri   Zakir-Həsənov  





Xəbər lenti