Azərbaycan Rusiyadan yeni silahlar alacaq

Azərbaycan Rusiyadan yeni silahlar alacaq
  13 İyul 2017    Oxunub:4889
Azərbaycan Rusiyadan əlavə silah alınması imkanlarını nəzərdən keçirir.AzVision.az-ın məlumatına görə, bunu “Ria Novosti” agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.
“Biz indi artıq bəzi silah nümunələri öyrənirik, alaraq sınaqdan keçirirk. Bir tərəfdən şablondan qaçmaq lazımdır, digər tərəfdən silahın müxtəlifliyi ona qulluq məsələsində çətinliklər yaradır. Bu çox mürəkkəb məsələdir”

Z. Həsənov əlavə edib ki, Rusiyadan tankların, “Smerç” reaktiv yaylım atəşi sistemlərinin və “Msta-S” qurğularının tədarükü üzrə müqavilənin 90 faizi yerinə yetirilib, Bakı ödənişləri yerinə yetirib və silahlar uğurla tətbiq edilir.

Bununla yanaşı, nazir Azərbaycan tərəfinin Rusiyanın Suriyadakı döyüş fəaliyyəti təcrübəsini öyrəndiyini açıqlayıb: "Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə dəfələrlə fikir mübadiləsi aparmışıq. Müvafiq qurumlarımız əlaqədə olublar. Rusiya tərəfinə təşəkkür edirik, bizə lazımi materilları təqdim etdilər. Bunu regionumuza tətbiq edəcəyik", - müdafiə naziri deyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Zakir-Həsənov  





Xəbər lenti