Parisin namizədliyi beynəlxalq idmançılar tərəfindən dəstəklənir

Parisin namizədliyi beynəlxalq idmançılar tərəfindən dəstəklənir
  13 İyul 2017    Oxunub:1507
Beynəlxalq Olimpiya Komitəsinin Lozannada keçirilməsi nəzərdə tutulan növbədənkənar iclasına bir neçə gün qalmış 100 nəfər beynəlxalq idmançı Parisin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyinə dəstək verib.
Fransanın ölkəmizdəki səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, Parisin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyi beş qitəni təmsil edən yüzdən çox xarici idmançının dəstəyinə arxalana bilər.

Bir çox fransız idman çempionlarının da bu qrupa qoşulması sözügedən layihənin bütün dünyaya açıq olduğunu nümayiş etdirir.
9 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 25 iyul-6 avqust tarixlərində aparılacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Fransa   Paris  





Xəbər lenti