1 milyon dolları büdcədən yayındırmaq istəyənlərin SİYAHISI

1 milyon dolları büdcədən yayındırmaq istəyənlərin SİYAHISI
  13 İyul 2017    Oxunub:2372
Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumatda deyilir ki, ölkəmizin iqtisadi tərəqqisinin, davamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən innovativ proqram və layihələrin reallaşmasına gömrük orqanları da daim öz töhfəsini verir. Son illərdə idxal-ixrac əməliyyatlarının sürətli, maneəsiz və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə gömrük orqanları tərəfindən tətbiq edilən və Ümumdünya Gömrük Təşkilatının bir sıra ölkələrə nümunə göstərdiyi "Bir pəncərə", "Elektron bəyannamə", "Yaşıl dəhliz" kimi səmərəli layihələr bunun bariz nümunəsidir.

Məlumatda deyilir ki, lakin gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq hələ də bir sıra Xarici İqtisadi Fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır: “Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar. Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib".

Cədvəldən də göründüyü kimi ümumilikdə 1 mln. 53 min 684,61 ABŞ dolları vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib:





DGK bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir.

Komitə bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.



Teqlər: DGK  





Xəbər lenti