“Əl-Cəzirə”dən BMT-yə şikayət edilib

“Əl-Cəzirə”dən BMT-yə şikayət edilib
  13 İyul 2017    Oxunub:1700
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər üzrə Dövlət Naziri Ənvər bin Mohammed Qarqaş BMT-nin insan hüquqları üzrə Ali Komissarı Zeyd Rəad əl-Hüseynə Qətərin Əl-Cəzirə telekanalının ekstremist ideologiyaları davamlı yaymasına dair məktub ünvanlayıb.
Bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

"Söz azadlığı hüququnun qorunması fundamental önəm daşıması ilə yanaşı, bu qoruma mütləq deyil və bu hüquqa məhdudiyyətlər milli təhlükəsizlik və ictimai asayişi qorumaq məqsədilə beynəlxalq hüquqla icazəlidir. Söz azadlığı ekstremist hekayələri yaymağı haqlı çıxarmaq və müdafiə etmək üçün istifadə edilə bilməz", - deyə nazir vurğulayıb.

BƏƏ Xarici İşlər üzrə Dövlət Naziri Ənvər bin Mohammed Qarqaş məktubda BMT Təhlükəsizlik Şurasının 1624 (2005) saylı Qətnaməsinə, Xüsusi Məruzəçi və bir sıra regional və insan haqqları qurumları tərəfindən qəbul edilmiş dövlətlərin yaxınlaşmaqda olan zorakılığa təhrikçilik niyyətli xəbərlərə məhdudiyyət qoya bilməsini tanıyan söz azadlığı və zorakı ekstremizlə mübarizəyə dair Birgə Bəyannaməyə istinad edir.

Məktub Əl Cəzirə telekanalının xəbərlərinin dəfələrlə ədavət, zorakılıq və diskriminasiyaya (ayrı-seçkilik) təhrik etdiyinə aydınlıq gətirir və bu məzmunda bir neçə misallar sadalayır.

Nazir bir daha bildirir ki, BƏƏ-nin Əl-Cəzirəyə qarşı güclü etirazı onun redaksiya nöqteyi-nəzəri ilə razılaşmamaq məsələsi olmayıb, Kanalın ədavət, zorakılıq və diskriminasiyaya davamlı və təhlükəli təhrikçiliyinə qarşı birbaşa və lazımi cavabdır.

AzVision.az



Teqlər: BƏƏ  





Xəbər lenti