İnşaat sektorunda canlanma müşahidə olunur

İnşaat sektorunda canlanma müşahidə olunur
  12 İyul 2017    Oxunub:994
İnşaat sektorunun canlanması müşahidə olunur. İndi Bakıda 100-dən çox hündürmərtəbəli bina tikilir. Qəzalı binaların yerində yeni binalar tikilir. Onların sayı 80-ə yaxındır.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının yekun nitqində bildirib.

Dövlətimizin başçısı bununla şəhərimizin daha da gözəlləşdiyini və abadlaşdığını xüsusilə vurğulayıb.

Qeyd olunub ki, yararsız, qəzalı binalardan vətəndaşlar köçürülərkən, müvəqqəti olaraq onlara kirayə pulu verilir. Tikiləcək yeni binalarda isə vətəndaşlara daha böyük ölçüdə mənzillər veriləcək.

Prezident, həmçinin əlavə edib ki, qəzalı binaların hər birinin yerində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası da nəzərdə tutulur. “Bu, mənim xüsusi göstərişim idi. Beləliklə, ancaq bu yolla Bakı şəhərində 1-2 ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti