İcra başçısı şəhər fəalları ilə görüşüb - Fotolar

İcra başçısı şəhər fəalları ilə görüşüb - Fotolar
  12 İyul 2017    Oxunub:1280
Həyata keçirilən dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin bütün bölgələri kimi son 6 ildə Gəncə də böyük inkişaf yoluna qədəm qoyub.
AzVision.az xəbər verir ki, bir-birinin ardınca həyata vəsiqə alan möhtəşəm tikililər, muzeylər, parklar, abadlaşdırılan və genişləndirilən küçələr, fasadlarına yeni görkəm verilən, dam örtüyü mansardla əvəzlənən binalar, gecə işıqlandırması, tarixi-memarlıq abidələrinin bərpası bu qədim, həmişəcavan şəhərin ən yeni tarixinə atılan uğurlu imzalardır. Gəncə illəri qabaqlaya bilib. Əlbəttə, tikmək, qurmaq, abadlaşdırmaq hələ işin hamısı deyil. Onları qoruyub saxlamaq da hər bir sakindən qayğı tələb edir. Ötən gün YAP Gəncə şəhər Təşkilatında şəhər fəallarının iştirakı ilə keçirilən toplantıda bu məsələ ətrafında söhbət aparılıb.



Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri haqqında məlumat verdikdən sonra onların gözəllik və abadlıqları ilə fəxr etdiyimiz kimi, qorunmasının da vətəndaşlıq borcu olduğunu bildirib. Məsələ ətrafında çıxış edənlər abad və yaraşıqlı küçələrimizin, rahat səkilərimzin bəzi sakinlər tərəfindən səliqəsiz vəziyyətə gətirilməsindən danışıblar və bu halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyindən söhbət açıblar. İcra başçısı Elmar Vəliyev məsələ ilə bağlı müvafiq təşkilatlara tapşırıqlar verib.



Toplantıda şəhər ərazisində mal-qaranın saxlanması ilə bağlı məsələ də öz əksini tapıb. İcra başçısı Elmar Vəliyev qüvvədə olan qanuna əsasən şəhər ərazisində mal-qaranın saxlanmasının qadağan olunduğunu diqqətə çatdırdı və bu kimi halların yolverilməz olduğunu bildirib.
Toplantıda daha bir məsələyə də toxunulub. Bu da haqlı narazılığa səbəb olan yas mərasimlərində israfçılıqla ehsan süfrələrinin açılması ilə bağlı idi.



İradlar dinlənildikdən sonra icra başçısı Elmar Vəliyev Gəncədə həmin işin nizama salınması üçün din xadimlərinə, eləcə də müvafiq təşkilatlara tapşırıqlar verib. Onsuz da əzizlərini itirənlərin həm də maddi sıxıntı içində qalmasının acınacaqlı vəziyyət olduğunu bildirən icra başçısı səslənən fikirlərin həyata keçirilməsi üçün əhali arasında söhbətlərin aparılmasının zəruriliyini də qeyd edib. Həmin məsələ toplantı iştirakçıları tərəfindən çox müsbət qarşılanıb və böyük razılığa səbəb olub.

AzVision.az


Teqlər: Gəncə  





Xəbər lenti