Nazir vətəndaşlarla görüşəcək

Nazir vətəndaşlarla görüşəcək
  12 İyul 2017    Oxunub:1267
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəmkirdə vətəndaşları qəbul edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qəbul iyulun 18-də saat 11ºº-da Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində ( Heydər Əliyev prospekti, 5 ) başlayacaq.

Qəbulda Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşların həmçinin adıçəkilən rayonların mədəniyyət şöbələrinə müraciət edə bilərlər.

AzVision.az


Teqlər: Əbülfəs-Qarayev   Şəmkir  





Xəbər lenti