Prezidentdən məmurlara xəbərdarlıq: “Heç kimə güzəşt olunmayacaq”

Prezidentdən məmurlara xəbərdarlıq: “Heç kimə güzəşt olunmayacaq”
  12 İyul 2017    Oxunub:15888
“Cari ilin əvvəlindən qeyri-neft iqtisadiyyatı 1,7 faiz, qeyri neft sənayesi isə 4.4 faiz artıb”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib. Ölkə başçısının sözlərinə görə, bu il ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Azərbaycanın valyuta ehtiyatları hazırda 40,6 mlrd. dollar təşkil edir.

“Bu ilin ötən dövründə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Bundan əlavə ilin 6 ayı ixrac 36 faiz artıb. İdxal 15 faiz azalıb. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Mövcud iqtisadi sabitlik qorunub-saxlanılmalı, istehlak qiymətlərinə daim nəzarət olunmalı, süni qiymət artımına imkan verilməməlidir.

Makroiqtisadi sabitlik təmin olunub, manatın məzənnəsi sabitləşib, təlabat daha çox yerli istehsala yönəlib. Növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Qeyri-neft sektorunun inkişafı əsas məsələdir. Ölkə üzrə sənayə parkları yaradılır. Orada rezidentlərin sayı çoxalıb" - deyə dövlət başçısı əlavə edib.

Prezident, həmçinin iclasda məmurların davranış qaydalarına əməl etməsi məsələsinə də toxunub: “Dövlət məmurları və onların ailə üzvləri davranış normalarına ciddi əməl etməlidirlər”.

Dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb: “Bu məsələdə heç kimə güzəş olunmayacaq və bundan hamı nəticə çıxarmalıdır”.

Hazırda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması istiqamətində iş aparıldığını qeyd edən İ. Əliyev aqrar sahədə görülən tədbirlər nəticəsində 32 iri fermer təsərrüfatının 38 aqroparkın yaradıldığını, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın inkişafı, fındıq və badam bağlarının salınması, kartof, soya və şəkər çuğunduru əkininin genişləndirilməsi, heyvandarlığın müasir texnologiyalarla inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar verib. Taxılçılıqda idxaldan asılılığın azaldılmasını, buğda əkini sahələrinin genişləndirilməsini, meliorativ tədbirlərin davam etdirilməsini və suvarılan torpaqların artırılmasını qarşıda vəzifə kimi qoyan dövlət başçısı hazırda paytaxtda inşaat sektorunun canlandığını, yararsız və qəzalı binaların yerində yeni binalarıpn tikildiyini, infrastruktur layihələrinin icrasının davam etdirildiyini diqqətə çatdırıb.

Dövlət başçısı əlavə edib ki, bu yaxınlarda özünəməşğulluq proqramına start veriləcək: “ Bu məqsədlə ilkin vəsait Prezidentin Ehtiyat Fondundan ayrılacaq. İlkin mərhələdə 5-10 min ailənin bu proqramdan yararlanması üçün tədbirlər görülüb. Bu hədəfə nail olunmaqla işsizlik aradan qaldırılacaq, bununla da ünvanlı sosial yardıma ehtiyac qalmayacaq”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti