İlham Əliyev: “Zəhranın qanı yerdə qalmadı”

İlham Əliyev: “Zəhranın qanı yerdə qalmadı”
  12 İyul 2017    Oxunub:8788
"Ötən ay Ermənistanın törətdiyi təxribat nəticəsində bir həbçimiz şəhid olub. Lakin ordumuz düşmənə layiqli cavab verib"
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Ölkə başçısı bildirib ki, bir neçə gün öncə Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və nənəsinin qətlə yetirilməsi hərbi cinayətdir.

“Bu, Ermənistan siyasi rəhbərləyinin üzünü və erməni faşizminin eybəcər sifətini bütün dünyaya nümayiş etdirdi. Bu cinayət cavabsız qoyulmadı. Ordumuz düşmənə sarsıdıcı zəbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı. Bu hadisə ilə bağlı əlaqədar qurumlar fəal işlədi, səsimizi dünya ictimaiyyətinə çatdırdı. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmayıb, olmayacaq”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İlham-Əliyev   Alxanlı  





Xəbər lenti