Məmmədyarov həmsədrlərin görüş təklifini prezidentə məruzə edəcək

Məmmədyarov həmsədrlərin görüş təklifini prezidentə məruzə edəcək
  12 İyul 2017    Oxunub:2029
ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib.
AzVision.az xəbər verir ki, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 11 iyul 2017-ci il tarixində Brüsseldə keçirilmiş görüşü ilə əlaqədar yaydığı bəynatda bildirib.

“Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək.

2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri gözlənilir.

Görüş əsansında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsdərlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.

Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayib”, - deyəHacıyev vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Azərbaycan   Hikmət-Hacıyev  





Xəbər lenti