"Türkiyənin gücü Azərbaycanın gücüdür" - Erkan Özoral

"Türkiyənin gücü Azərbaycanın gücüdür" - Erkan Özoral
  12 İyul 2017    Oxunub:1461
Bu gün FETÖ təhlükəsinin bitdiyini söyləmək mümkün deyil. FETÖ-nün kökü məhv edilənə qədər onlarla mübarizə aparılacaq. FETÖ ilə mübarizə çərçivəsində 130 min nəfər saxlanılıb, 45 min nəfər isə həbs edilib.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul hadisələrinin ildönümü ilə bağlı Bakıda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu xain hadisə zamanı 250 nəfər şəhid olub, 2 mindən çox insan yaralanıb:

"Şəhid olanlar arasında bir nəfər Azərbaycanda yaşayan insan idi, onun həyat yoldaşı azərbaycanlı idi. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Həmin gecə insanlar tankların önündə yataraq sinəsini vətən uğrunda sipər etdi. Türk xalqı iyulun 15-də dünyaya örnək demokratiya dərsi keçdi. Təəssüf ki, bəziləri özünü peyğəmbər elan edən, Pensilvaniyadakı liderlərinin əmrini icra edərək onun robotuna, quluna çevrildi. Cəmiyyət belə insanlardan təmizlənməlidir. Onlara insan demək mümkün deyil. Çünki onlar insanlıq düşməni, vicdanı olmayanlardır".

Diplomat FETÖ ilə mübarizə çərçivəsində Türkiyənin zəifləmədiyini, əksinə iqtisadiyyatının daha da gücləndiyini qeyd edib: "Bu gün Türkiyə nəinki FETÖ ilə, həmçinin PKK, PYD, İŞİD kimi qüvvələrlə mübarizə aparır. Türkiyə Cümhuriyyəti Suriya ilə sərhəddinin təhlükəsizliyini təmin etmək üçün yeni hərəkata başlayıb, Əl-Baba qədər irəlilədi. Bundan sonra da terorçularla mübarizəmizi davam etdirəcəyik. Bu mübarizədə bizim yanımızda olan dövlətlərin başında Azərbaycan dayanır. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür".

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Türkiyə   Erkan-Özoral   Səfir   FETÖ  





Xəbər lenti