Bölgələrdə ev və torpaq bahalaşıb - Bir sotu 10 min manata

Bölgələrdə ev və torpaq bahalaşıb - Bir sotu 10 min manata
  12 İyul 2017    Oxunub:7488
Azərbaycanın turizm bölgələrində mənzilərin və torpağın qiyməti bahalaşıb.

Bunu AzVision.az-a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bölgələrdə qeydə alınan qiymət artımı mövsümlə əlaqədardır.
"Yay mövsümünün gəlişi ilə əlaqədar torpağın qiymətində bahalaşma müşahidə edilir. Müvəqqəti qiymət dəyişməsi mövsümün sonuna qədər müşahidə ediləcək. Ərazisindən asılı olaraq qiymətlərdə 5-10 faiz artım var. Bu, normal haldır.

Digər seqmentlərdə isə ümumi vəziyyət paytaxtla eynidir. Yəni qiymətlərdə nisbi də olsa azalma var. Kommersiya obyektlərində isə qiymətlər stabildir, dəyişmir”.

R.Osmanlı qeyd edib ki, bölgələr üzrə Quba və Xaçmazda torpaq daha yüksək qiymətə alıcılara təklif olunur: “Qubada bəzi ərazilərdə torpağın bir sotunun qiyməti 10 min manatdır. Kənd yerlərində isə qiymətlər 5 min manat civarındadır. Kommersiya obyektlərində isə qiymətlər fərqlidir. Rayon mərkəzlərində belə obyektlərin bir kvadrat metrinin qiyməti 200-250 manat civarında və hətta bəzi ərazilərdə isə daha yüksəkdir”.

Aytən Zəhra
AzVision.az





Teqlər: Torpaq   Ev   Bölgə  





Xəbər lenti