710 milyon insan ölkəsini tərk etmək istəyir

710 milyon insan ölkəsini tərk etmək istəyir
  12 İyul 2017    Oxunub:1433
"Gallup" analitik şirkəti 160-dan çox ölkədə apardığı sorğunun nəticələrini açıqlayıb.

AzVision.az xəbər evrir ki, sorğu əsasında respondentlərə “İmkanınız olsa, başqa ölkəyə köçmək istəyərdinizmi?”, “Qarşıdakı bir il ərzində ölkədən getmək planınız varmı”? və ya “Başqa ölkəyə köç etmək üçün hazırlıq görmüsünüzmü?” sualları verilib.
Sorğunun nəticələrinə əsasən 710 milyon insan yaşadığı ölkəni birdəfəlik tərk etmək istəyir. Eyni zamanda 66 milyon insan bir il ərzində ölkədən getməyi planlaşdırdığını, 23 milyon insan isə bu məqsədlə hazırlıqlara başladığını qeyd edib.

Hesabatda potensial miqrantların ən çox getmək istədiyi ölkələr ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Fransa, Kanada, Almaniyadır.

AzVision.az



Teqlər: BMT   Miqrant   Sorğu  





Xəbər lenti