Neftimiz ucuzlaşıb

Neftimiz ucuzlaşıb
  12 İyul 2017    Oxunub:1402
Dünya birjalarında neft bahalaşıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,7 dollar və ya 1,55% artaraq 45,74 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,66 dollar və ya 1,39% artaraq 48,18 dollar olub. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,19 dollar və ya 0,4% azalaraq 47,40 dollar təşkil edib.

AzVision.az




Teqlər: neft  





Xəbər lenti