Qızılağac qoruğundakı yanğın söndürülüb

Qızılağac qoruğundakı yanğın söndürülüb
  12 İyul 2017    Oxunub:1195
İyulun 11-də saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğın söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanğının qarşısı gecə saatlarında alınıb. Güclü külək nəticəsində yanğın 3 hektar ərazini əhatə edib.

Yanğının daha geniş əraziyə yayılmasının qarşısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən alınıb.

AzVision.az


Teqlər: Qızılağac   Qoruq   Yanğın   FHN  





Xəbər lenti