Mobil rabitə abunəçilərinə şad xəbər

Mobil rabitə abunəçilərinə şad xəbər
  11 İyul 2017    Oxunub:1823
Azərbaycan prezidenti İlham Əliyev “Telekommunikasiya haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
AzVision.az xəbər verir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685; 2006, № 11, maddə 932; 2007, № 5, maddə 442, № 11, maddə 1053; 2016, № 6, maddə 969, № 12, maddə 1989; 2017, № 3, maddə 346) aşağıdakı məzmunda 50-1-ci maddə əlavə edilib.

Həmin maddəyə əsasən, Operator və provayder reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Operator və provayder abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Operator və provayder abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçinin yalnız arzuladığı reklamı yayımlamaq üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan və ya “Reklam haqqında” qanunun müddəalarına zidd olan reklamın göndərilməsi üçün operator və provayder məsuliyyət daşıyır.

Operator və provayder ilə abunəçi arasında bu qanunun 50-1.1-ci maddəsinin ikinci cümləsində göstərilən reklamın göndərilməsi barədə müqavilə bağlanıldığı halda, abunəçinin reklam göndərilməsindən imtina etməsi barədə operatora və (və ya) provayderə sorğusu əsasında abunəçiyə məxsus son telekommunikasiya avadanlığına reklamın yayımlanması dərhal dayandırılır.

Operatora və provayderə məlumat üçün müraciət edən abunəçinin sorğusuna cavab verilənədək, reklam yayımlana bilər. Məlumat xidməti ödənişli olduqda, reklamın yayımlanması arayışın dəyərinə daxil edilə bilməz.
Telekommunikasiya qurğularında tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti