"ATƏT PA-nın iclasında Minsk qrupu tənqid olundu" - Azay Quliyev

"ATƏT PA-nın iclasında Minsk qrupu tənqid olundu" - Azay Quliyev
  11 İyul 2017    Oxunub:2586
“Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın iclaslarında Dağlıq Qarabağ məsələsini daim gündəmə gətirir və onunla bağlı çağırışlar edir. Budəfəki sessiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi açıq şəkildə gündəmə gətirildi”.
AzVision.az xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.

Vitse-prezident bildirib ki, Azərbaycan nümayəndə heyətinin sessiyada Dağlıq Qarabağla bağlı ilk çağırışı münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində həll olunması ilə bağlı olub.

"İkinci, Helsinki yekun aktı bu prinsip əsasında qəbul edilməldir. Üçüncüsü, Ermənistanın bu gün sui-istifadə etdiyi öz müqəddəratını təyinetmə prinsipinə ATƏT PA açıq şəkildə qiymət verdi. Heç bir halda, öz müəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyü hesabına ola bilməz. Ölkələrin sərhədlərinin toxunulmazlığı, suverenliyi zədələnə bilməz. Bu, hesab edirəm ki, ən mühüm sənəd oldu. Bundan əlavə, orada ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid olundu. Bu gün danışıqlardan yayınan Ermənistanın qısa müddət ərzində danışqlar masasına gəlməsi və nəticəyə söykənən danışıqlara başlaması ilə bağlı fikirlər səsləndi. Yəni bütün parametrlər, o cümlədən də qaçqın və məcburi köçkünlərin geri qayıtması ilə bağlı çağırışlar edildi. Hesab edirəm ki, ATƏT PA bu sessiyada öz missiyasını yerinə yetirə bildi. Əminik ki, ATƏT PA-nın bu mövqeyinin gələcəkdə də davam edəcəyinin şahidi olacağıq".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Azay-Quliyev   ATƏT-PA  





Xəbər lenti