Sarkisyan Avropa Parlamentində tənqid edildi - Alxanlı faciəsinə görə

Sarkisyan Avropa Parlamentində tənqid edildi - Alxanlı faciəsinə görə
  11 İyul 2017    Oxunub:2590
Avronest PA üzvü Avropa Parlamentinin komitə iclasında balaca Zəhranın ölümünə görə Ermənistanın hərbi-siyasi rejimini kəskin tənqid edib.
Azərbaycanın Avronest PA-dakı nümayəndəliyindən AzVision.az-a verilən məlumata görə, Avropa Parlamentinin Xarici Siyasət Komitəsinin növbəti iclasında son günlər Dağlıq Qarabağ münaqişəsi zonasında yaşanan gərginlik AP-nin deputatları və iclasa dəvət edilən azərbaycanlı və ermənistanlı müstəqil ekspertlər tərəfindən geniş müzakirə edilib.

Müzakirələr zamanı sloveniyalı deputat İvo Vayql Ermənistanın işğalçı olduğunu və Azərbaycanın işğala məruz qaldığını, azərbaycanlıların evlərini tərk etdiyini və cəbhədə iyulun 4-də günahsız insanların ermənilər tərəfindən öldürüldüyünü iştirakçıların diqqətinə çatdırılıb. O, Azərbaycanın regionda iki güclü dövlətin arasında yerləşdiyini, Ermənistanın isə öz seçimini bir dövlətlə etdiyini bildirilib. AP deputatı daha sonra bu münaqişədə maraqlı tərəfin hansı dövlət olduğunu hər kəsin yaxşı bildiyini və Avropa İttifaqının təhlükəsizliyi üçün vacib olan bu regionda münaqişənin həllinə ciddi çalışmağın vacibliyini bildirilib. O, yekunda bu münaqişənin yalnız beynəlxalq hüquqa əsaslanaraq həll edilməli olduğunu və bu hüququn hamı tərəfindən tanınan sərhədlərin toxunulmazlığına hörmətdən ibarət olduğunu vurğulanıb.

AP-nin Azərbaycan üzrə məruzəçi, Avronest PA-nın üzvü, rumıniyalı deputat Norika Nikolay Ermənistanı mülki əhalinin ölümünə görə kəskin tənqid edib və bu hadisənin Dağlıq Qarabağ ərazisində deyil, məhz ondan kənarda - azərbaycanlı mülki əhalinin yaşadığı məkanda baş verdiyini söyləyib.

AP-nin litvalı deputatı Petras Austrevicius da Ermənistanın mülki əhaliyə atəş açmasının yanlış olduğunu bildirib və gərginliyin artması təhlükəsinin çox ciddi olduğunu deyib.

AP-nin xorvatiyalı deputatı Zelyana Zovko isə bu münaqişənin yalnız sülh yolu ilə həllinin mümkün olduğunu və müharibənin yolverilməz olduğunu vurğulayıb. O, bu cür gərginliyin mülki vətəndaşların ölümünə səbəb olduğunu və bunun da qarşısının alınmasının vacibliyini bildirib.

İclasda iştirak edən ermənistanlı ekspert də Ermənistan cəmiyyətinin hərbiləşdirilməsini və Prezident Aparatı vasitəsilə hakimiyyətin bir mərkəzdə cəmləşdirilməsini təəssüflə qeyd edib. İclasda AP-nin daha bir neçə deputatı çıxış edərək cəbhədə son dövrlərdə baş verən hadisələrlə bağlı narahatlıqlarını ifadə ediblər.

AzVision.az




Teqlər: Avronest-PA   Ermənistan   Alxanlı  





Xəbər lenti