Alxanlı faciəsinin fotoları ATƏT PA sədrinə göndərilib

Alxanlı faciəsinin fotoları ATƏT PA sədrinə göndərilib
  11 İyul 2017    Oxunub:1453
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova ermənilərin iyulun 4-də Füzulinin Alxanlı kəndində törətdikləri təxribatla əlaqədar ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonenə müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Bahar Muradova bu gün keçirdiyi mətbuat konfransına məlumat verib. Vitse-spiker bildirib ki, məktuba müvafiq sənədlər və şəkillər əlavə olunub:

"Müraciətdə ATƏT PA-nın münaqişəni daim diqqətdə saxlaması və öz nümayəndəsi vasitəsilə bu məsələnin daha ciddi dəyərləndirilməsi, belə təxribatların baş verməməsi üçün addımlar atmasınını təmin etməsi bildirilib".

Bütün ölkələrin parlamentlərarası dostluq qruplarına müraciətlərin təqdim edildiyini deyən B. Muradova qeyd edib ki, baş verənlərlə əlaqədar beynəlxalq səviyyədə məlumatlandırma davam edir: “Mülki şəxslərə qarşı yönəlmiş belə qəsdlər, təxribatlar nəinki pislənməli, onların aradan qaldırılması və Ermənistan qoşunlarının təmas xəttindəki təxribatlara son qoyulması və məsələnin həlli ilə bağlı aidiyyatı qurumların addımlar atması təmin edilməlidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bahar-Muradova   Alxanlı   ATƏT  





Xəbər lenti