Nalbandyan Məmmədyarovdan əvvəl Lavrovla görüşdü

Nalbandyan Məmmədyarovdan əvvəl Lavrovla görüşdü
  11 İyul 2017    Oxunub:1671
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşüb.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, görüş Avstriyanın Mauerbax kommunasında ATƏT-ə üzv ölkələrin nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində baş tutub.
Görüş zamanı tərəflər arasında bölgədəki vəziyyət, eləcə də Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu ehtimal edilir.

Nazirlərin görüşü mətbuata qapalı keçirilib.

Qeyd edək ki, bu gün Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü və iştirakı ilə Ermənistan və Azərbaycan XİN başçıları Edvard Nalbandyan ilə Elmar Məmmədyarovun görüşü keçiriləcək. Görüş Bakı vaxtilə 21:00-ad başlayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Nalbandyan   Lavrov   Rusiya  





Xəbər lenti