"Gənc Vətəndaş" Ağdaşda təlim keçirib
"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icracı direktoru Günel Səfərova "Ailə üçün dəyər!" layihəsindən danışıb. O, ailə hüququnun əsas məqamlarından olan valideyn məsuliyyətinin artırılması və qanunvericilikdə bu məsələnin tənzimlənməsi barədə iştirakçıları məlumatlandırıb. G.Səfərova Ailə Məcəlləsinə dəyişikliklər edilməsinin vacib olduğunu, Ailə məhkəmələrinin yaranmasına ehtiyac yarandığını vurğulayıb.
Təlimçi Nuriyyə Abbasova təlimdə iştirakçılara Ailə hüququ, Mülkiyyət hüququ, Valideyn məsuliyyəti, Ailədaxili zorakılıqdan müdafiə mexanizmləri haqqında məlumatları əks etdirən ailə münasibətlərinin hüquqi tənzimlənməsi haqqında məlumat verib.
Təlimdə nikahın rəsmi qeydiyyata alınmasının vacibliyi, hüquqi məlumatlılığın çox olmasının yarana biləcək problemlərin aradan qaldırılmasına yardım etməsi və məhkəmə praktikasından danışılıb.
İştirakçılar ailə hüququ və valideyn məsuliyyəti mövzusunda təkcə gənclər üçün deyil, yaşlılar üçün tədbirlərin təşkil edilməsinə ehtiyacın olduğunu vurğulayıblar.
Sonda iştirakçıların sualları cavablandırılıb.
AzVision.az
Teqlər: