Bu dəfə ayaqqabıdan narkotik çıxdı

Bu dəfə ayaqqabıdan narkotik çıxdı
  11 İyul 2017    Oxunub:1533
İrandan Azərbaycana gələn vətəndaşdan narkotik aşkar edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın ayaqqabısının sol tayının tərliyinin daban hissəsinin altında, 1 ədəd bükümdə xalis çəkisi 0,124 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Narkotik  





Xəbər lenti