Tillerson Körfəz ölkələri ilə danışığa gedir

Tillerson Körfəz ölkələri ilə danışığa gedir
  11 İyul 2017    Oxunub:1258
ABŞ-ın dövlət katibi Reks Tillerson Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Dövlət Departamentinin rəsmi sözçüsü Hizer Nauretin sözlərinə görə, dövlət katibi 11 iyulda Qətərə, 12 iyulda isə Səudiyyə Ərəbistanına səfər edəcək. Onun hər iki ölkənin yüksək rütbəli dövlət rəsmiləri ilə görüşlər keçirəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Tillerson   ABŞ  





Xəbər lenti