Prezidentin Türkiyəyə səfəri başa çatıb - FOTO

Prezidentin Türkiyəyə səfəri başa çatıb - FOTO
  10 İyul 2017    Oxunub:1225
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri iyulun 10-da başa çatıb.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan Prezidentini Türkiyənin rəsmi şəxsləri yola salıblar.





AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Türkiyə   Səfər  





Xəbər lenti