Brüsseldə imamların aksiyası keçiriləcək

Brüsseldə imamların aksiyası keçiriləcək
  10 İyul 2017    Oxunub:1196
60-dan çox imam Brüsseldə birjanın önündə terrorizmə qarşı etiraz aksiyası keçirəcək.
AzVision.az “Soir” nəşrinə istinadən xəbər verir ki, aksiya iyulun 14-də Fransada yekunlaşacaq “müsəlmanlar terrorizmə qarşı” adlı tədbir çərçivəsində keçiriləcək.

Qeyd edək ki, 22 mart 2016-cı ildə Brüssel beynəlxalq hava limanında iki partlayış baş verib. Üçüncü partlayış isə bir qədər sonra “Malbek” stansiyasında qeydə alınıb.

Terror aktları nəticəsində 32 nəfər həlak olub, 300-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Brüssel   Etiraz   Aksiya  





Xəbər lenti